Nuşirəvan Məhərrəmli: “Telekanallarda seçkilərlə əlaqədar siyasi debatlar keçirilməsi məsələsi açıq qalır”

Nuşirəvan Məhərrəmli: “Telekanallarda seçkilərlə əlaqədar siyasi debatlar keçirilməsi məsələsi açıq qalır”
# 02 sentyabr 2008 10:55 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Azərbaycan telekanallarında seçkilərlə əlaqədar siyasi debatlar keçirilməsi məsələsi açıq qalır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, buna səbəb debatlar məsələsinin qanunvericilikdə öz əksini tapmamasıdır: “Telekanalların tok-şou stilində öz proqramları olsaydı, prezidentliyə namizədlər orada çıxış edə bilərdi. Ümidvaram ki, bu problemlər öz həllini tapacaq. Mərkəzi Seçki Komissiyası və digər strukturların bu sahədə böyük təcrübəsi var. Bu verilişlər pulsuz olmalıdır, amma bu məsələdə yenə də son söz telekanallarındır”. Telekanalların qiymət siyasəti ilə bağlı sualı cavablandıran Nuşirəvan Məhərrəmli bildirib ki, bu, onların öz şəxsi işidir: “Amma qanunvericiliyə görə namizədlərə bərabər şərait yaradılmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR