Bank Of Baku

Avqust ayında ölkədə söz və mətbuat azadlığına dair keçirilən monitorinqin nəticələri açıqlanıb

Avqust ayında ölkədə söz və mətbuat azadlığına dair keçirilən monitorinqin nəticələri açıqlanıb
# 02 sentyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “RUH” Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi avqust ayında ölkədə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan AP-ya verilən məlumata görə, avqust ayında ümumilikdə jurnalistlərin və kütləvi informasiya vasitələrinin adı məhkəmə müstəvisində 8 dəfə hallanıb. Avqustda məhkəmələr KİV-lər və jurnalistlərlə əlaqədar 5 iddianı 7 məhkəmə prosesində nəzərdən keçiriblər: “3 qərar çıxarılıb ki, onlardan 2-si jurnalistlərin lehinə olmayıb. Məhkəmə müstəvisində adı ən çox hallanan KİV “Azadlıq” qəzeti olub. Çıxarılan məhkəmə qərarlarının hər üçü bu nəşrlə bağlıdır”. Qeyd olunub ki, ötən ay jurnalistlərə qarşı təzyiq faktı qeydə alınması ilə də yadda qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR