Bank Of Baku

Bakıda «Seçki kampaniyasının işıqlandırılmasında medianın rolu» mövzusunda treninq keçiriləcək

Bakıda «Seçki kampaniyasının işıqlandırılmasında medianın rolu» mövzusunda treninq keçiriləcək
# 04 sentyabr 2008 09:31 (UTC +04:00)
Bakı. APA. Sentyabrın 8-12-də Litvanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Mətbuat Şurası «Seçki kampaniyasının işıqlandırılmasında medianın rolu» mövzusunda treninq-məşğələlər keçirəcək. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Litvanın ölkəmizdəki səfirliyində təşkil olunacaq tədbirdə 40-a yaxın jurnalistin iştirakı nəzərdə tutulub. Treninqdə Litvada mətbuatın inkişaf yolu, medianın özünütənzimləməsi təcrübəsi, ictimai rəyə təsiri, cəmiyyətdə demokratik dəyərlərin qorunmasındakı rolu ətrafında mühazirələr oxunacaq, həmçinin ölkənin kütləvi informasiya vasitələri sahəsindəki qanunvericilik aktları təhlil olunacaq. Tədbirə Litva Jurnalistlər Birliyinin sədri Danius Radzeviçus və bu ölkənin digər tanınmış media mütəxəssisləri də qatılacaqlar. Treninqin sonunda iştirakçılara müvafiq sertifikat və diplomlar təqdim olunacaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR