Bank Of Baku

Mətbuat Şurası KİV-də ümumi tendensiyaları müəyyənləşdirmək üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Mətbuat Şurası KİV-də ümumi tendensiyaları müəyyənləşdirmək üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 04 sentyabr 2008 09:45 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurası mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək üçün iyul-avqust aylarında keçirdiyi monitorinqi yekunlaşdırıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, iyul-avqust aylarında monitorinqi aparılan KİV-lərdə dərc edilən materialların sayında azalma müşahidə olunub ki, bu da mövsümi səciyyə daşıyır. Monitorinqi aparılan qəzetlərdə ümumilikdə 73343 material dərc olunub: “Siyasi yönümlü materiallar yenə birinciliyi saxlayır. Tematikada qarşıdan gələn prezident seçkisi və onunla bağlı məsələlər mühüm yer tutur. Ümumilikdə seçki siyasi səhnədə aktivliyi artırdığından qəzetlərin prioritet mövzusuna çevrilib. İyul-avqust aylarında qələmə alınan 10865 siyasi yönümlü materialdan 8804-ü seçki ilə əlaqədardır”.
Qeyd olunub ki, avqust ayında dini-mənəvi mövzuda qələmə alınan materialların sayı ilin əvvəlindən bəri ən yüksək göstəricini təşkil edib – 3304: “”Əbu Bəkr” məscidində törədilən terror hadisəsi artımı şərtləndirən başlıca amildir”.
Bildirilib ki, gizli mənbəyə istinad və mənbənin göstərilməməsi halları may-iyun aylarına nisbətdə aşağı düşüb. Avqustda bu tipli məlumatlar iyulla müqayisədə 9 xəbər çoxdur. Gizli mənbəyə istinad və mənbənin göstərilməməsi praktikasına əvvəlki aylarda olduğu kimi əsasən partiya təmayüllü və siyasi qurumlara yaxınlığı ilə seçilən nəşrlər müraciət etməkdədirlər: “Bu xəbərlərin təxminən 70 faizi yalnız yüksək çinli dövlət məmurları barəsindədir. Belə materialların əksəriyyəti üçün peşə davranışı qaydalarının pozulması halları xarakterikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR