Politoloq: “Türkiyə prezidentinin İrəvana səfəri İranın 1992-ci ilin sentyabrında Ermənistana ərzaq yardım etməsini xatırladır”
04 sentyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu avqust ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu deyib ki, Rusiya-ABŞ münasibətləri ay ərzində dünyada ən aktual məsələ olub, bu proseslər böyüyərək artıq Qərb-Rusiya gərginliyinə çevrilib.
Rusiyanın Gürcüstana təcavüzünün qərb dünyasını bir araya gətirdiyini qeyd edən politoloqun fikrincə, Rusiya Gürcüstanı Cənubi Osetiyada tələyə salıb. Türkiyənin regiondakı rolunu dəyərləndirən M. Əhmədoğlu bu ölkənin prezidenti Abdullah Gülün İrəvana səfərini pisləyib: “1992-ci ilin sentyabrında İran Ermənistana yardım etməklə erməniləri ərzaq problemindən xilas etdi. Türkiyənin bu hərəkətləri həmin dövrü xatırladır. Gürcüstan-Rusiya münaqişəsi kontekstində Ermənistana münasibət Azərbaycanın əleyhinədir”.
Politoloq İnquşetiya müxalifətinin liderlərindən olan jurnalist Məhəmməd Yevloyevin qətlindən sonra Rusiyada vəziyyətin kəskinləşəcəyini söyləyib. Onun sözlərinə görə, artıq İnquşetiya müxalifəti respublikanın müstəqilliyi ilə bağlı bəyanatlar səsləndirib. Politoloq Asiyada Çinin nüfuzunun artdığını da qeyd edib.
O, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Qafqazda sabitlik olmayacağını xüsusi vurğulayıb.

Daxili siyasət
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
00:00
11 oktyabr 2024
Ali Məhkəmə və Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
12:08
8 oktyabr 2024
Deputat: Azərbaycanda sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, qanun qəbul edilməlidir
11:56
8 oktyabr 2024
Parlamentin iclası başlayıb
11:01
8 oktyabr 2024