Bank Of Baku

Media Hüquq İnstitutu mətbuatın hüquqi durumu ilə bağlı hesabat açıqlayıb

Media Hüquq İnstitutu mətbuatın hüquqi durumu ilə bağlı hesabat açıqlayıb
# 05 sentyabr 2008 11:06 (UTC +04:00)
Bakı-APA. Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıqlayıb. MHİ-dən APA-ya verilən məlumata görə, “Media hüququ: önəmli olaylar və tendensiyalar” adlanan sənəd bu ilin avqust ayında ölkə mediasında baş verənlərin statistika və şərhini əhatə edir. Hesabatda qeyd olunub ki, avqust ayı 2008-ci ilin digər ayları ilə müqayisədə media üçün olduqca süst keçib: “Ölkə çox önəmli siyasi hadisə – prezident seçkiləri ərəfəsində olsa da, çap mediasında canlanma nəzərə çarpmır. Qəzetlərin tirajı, qəzet oxuyucularının sayı az olaraq qalır”. Daha sonra bildirilib ki, avqustda mediaya qarşı ümumilikdə 43 məhkəmə iclası keçirilib. Məhkəmələrin medianın tərəf olduğu işlər üzrə çıxardığı qərarlardan yalnız biri onun xeyrinə olub. Hesabatda o da qeyd olunub ki, avqustda qanunvericiliklə məlumat sahibi sayılan qurumlara göndərilən 11 sorğunun heç birinə tam cavab verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR