Bank Of Baku

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı Azərbaycanda keçirilə bilər

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı Azərbaycanda keçirilə bilər
# 05 sentyabr 2008 11:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı bu il Azərbaycanda keçirilə bilər. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri bu il sözügedən toplantının Zimbabvedə keçirilməsinin planlaşdırıldığını, sonradan bu planın baş tutmadığını deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Türkiyəyə səfəri zamanı bu ölkədəki həmkarı ilə qurumun toplantısının Bakıda keçirilməsi haqqında müzakirələr aparıb və müsbət rəy alıb: “Bu toplantı Bakıda baş tuta bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR