Bank Of Baku

Azərbaycanda Mətbuatın İnkişafına Yardım Fondu yaxın aylarda yaradıla bilər

Azərbaycanda Mətbuatın İnkişafına Yardım Fondu yaxın aylarda yaradıla bilər
# 05 sentyabr 2008 11:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yaxın aylarda Azərbaycanda Mətbuatın İnkişafına Yardım Fondu yaradıla bilər. APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri sözügedən qurumun yaradılmasının dövlət başçısının bu il iyulun 29-da təsdiqlədiyi Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, fond yaxın bir neçə ay ərzində fəaliyyətə başlaya bilər: “Mətbuat orqanları qanunlara əməl etməlidir. Vergilər vaxtında ödənməli, işçilərlə əmək müqaviləsi bağlanmalı və şəffaflıq təmin olunmalıdır. Ölkə mətbuatının yalnız 15 faizində bu baxımdan qayda-qanunlara əməl olunur”.
Ə. Amaşov deyib ki, fondun vəsaitlərindən yararlanmaq istəyən mətbuat orqanları qeyd edilən problemləri aradan qaldırmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR