«Gəncəbank» sentyabrda nümayəndəlik və filial açacaq

«Gəncəbank» sentyabrda nümayəndəlik və filial açacaq
# 05 sentyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sentyabr ayının sonuna kimi Bakı şəhərində isə nümayəndəliyini açmaq niyyətindədir. Bununla yanaşı sentyabrda bankın Bərdə rayonunda filialının açılması planlaşdırılır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nümayəndəlik və filialın fəaliyyətə başlaması üçün yaxın günlərdə Azərbaycan Milli Bankı tərəfindən müvafiq icazənin veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 2 filialı və 1 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərir və respublikanın ilk regional bankıdır. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 27,147 mln. manat, kredit portfeli 24,642 mln. manat, depozit portfeli 3,418 mln. manat, məcmu kapitalı 11,493 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR