Bank Of Baku

MSK-nın nəzdində yaradılmış mətbuat qrupunun ilk iclası keçirilib

MSK-nın nəzdində yaradılmış mətbuat qrupunun ilk iclası keçirilib
# 08 sentyabr 2008 08:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yaradılmış mətbuat qrupunun ilk iclası keçirilib. APA-nın məlumatına görə, MSK üzvü Azər Tağıyev qrupun sədri seçilib. İclasda seçkilərin təbliğat-təşviqat mərhələsində atılacaq addımlarla bağlı məlumat verilib. A. Tağıyev bildirib ki, qrupun əsas məqsədi təbliğat-təşviqat kampaniyasının gedişində Seçki Məcəlləsinin tələblərinə necə əməl olunmasının, mətbuatda gedən reklamların və təbliğat materiallarının izlənməsidir. A. Tağıyev onu da qeyd edib ki, təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün MSK-ya müraciət etməyən KİV-lər belə bir kampaniya apararlarsa, qanunda nəzərdə tutulan addımlar atılacaq. O, xarici KİV-lərin təbliğat kampaniyasında iştirak etmək hüququnun olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR