Bank Of Baku

DİN Mətbuat Şurasının Mahal İsmayıloğlu ilə bağlı müraciətini cavablandırıb

DİN Mətbuat Şurasının Mahal İsmayıloğlu ilə bağlı müraciətini cavablandırıb
# 08 sentyabr 2008 16:04 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurasının jurnalist Mahal İsmayıoğlu ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətini nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi cavablandırıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bununla bağlı idarədən Şuraya daxil olan məktubda bildirilib ki, müraciət Abşeron rayon Prokurorluğuna da göndərilib. Məktubda qeyd olunub ki, hazırda jurnalist M. İsmayıloğlu ilə əlaqədar 23 iyun 2008-ci ildə Abşeron rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə başlanılan cinayət işinin istintaqı davam etdirilir. Şuradan bildirilib ki, məktubda həmçinin nalayiq sözlərlə söyüş söymə, sillə, yumruq, təpiklə bədənin müxtəlif nahiyələrinə vurma və daş parçasını silah qismində istifadə etməklə kəllə-beyin travması, sol gicgah nahiyəsinin hemotoması və digər xəsarətlər yetirməklə xuliqanlıq etmə faktlarının araşdırma predmetinə çevrildiyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR