Bank Of Baku

Azərbaycan Nəşriyyatı rəngli qəzetlər nəşr edən çap avadanlıqlarının quraşdırılmasını başa çatdırıb

Azərbaycan Nəşriyyatı rəngli qəzetlər nəşr edən çap avadanlıqlarının quraşdırılmasını başa çatdırıb
# 08 sentyabr 2008 16:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Nəşriyyatı rəngli qəzetlər nəşr edən çap avadanlıqlarının quraşdırılmasını başa çatdırıb. Nəşriyyatın direktor müavini Bəsti İsmayılova APA-ya açıqlamasında Almaniyadan alınmış yeni avadanlıqlar üçün nəşriyyatın həyətində yeni binanın tikildiyini qeyd edib. Onun sözlərinə görə, rəngli qəzetlərin yeni avadanlıqlarla çapına oktyabrın əvvəlində başlayacaq.

B. İsmayılova onu da deyib ki, bu vaxta qədər nəşriyyatda köhnə avadanlıqlarla 25 rəngli qəzet çap olunur. Amma bu avadanlıqlarla çap edilən qəzet və jurnallar o qədər də keyfiyyətli olmayıb: “Oktyabrın əvvəlindən həmin qəzet və jurnallar yeni avadanlıqlarda çap olunacaq”.

B. İsmayılova yeni avadanlıqlarla çapın qiymətinin fərqli olacağını da istisna etməyib: “Bu, işlənəcək rənglər, digər kimyəvi maddələrin qiymətindən asılı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR