“Azərbaycanda mətbuat və söz azadlığının durumu” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda mətbuat və söz azadlığının durumu” mövzusunda dəyirmi masa keçirilib
# 09 sentyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İnam” Plüralizm Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanda mətbuat və söz azadlığının durumu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağəliyev qanunvericilikdə media ilə bağlı boşluqlar olduğunu bildirib. Jurnalist-cəmiyyət və jurnalist-məmur münasibətləri barədə danışan X. Ağəliyev deyib ki, bu münasibətlər qanunla tənzimlənməlidir.

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas isə mətbuatda təhqiramiz yazıların dərc olunmasının yolverilməz olduğunu söyləyib. O, məhkəmələrin mətbuat orqanları ilə bağlı qərarlarını tənqid edib.

“Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov mətbuat orqanlarının qarşılaşdığı problemləri əsasən iqtisadi səbəblərlə əlaqələndirib.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə jurnalistlərin təhlükəsizliyini və hüquqlarını qoruyacaq etibarlı quruma ehtiyac olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR