Bank Of Baku

«Azərbaycan» qəzetinin 90 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib

«Azərbaycan» qəzetinin 90 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib
# 10 sentyabr 2008 13:30 (UTC +04:00)
Bakı-APA. Bu gün Mətbuat Şurasında (MŞ) «Azərbaycan» qəzetinin 90 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbiri şura sədri Əflatun Amaşov açaraq yubiley ərəfəsində baş tutan tədbirin dolğun fikirlərin, dəyərli təkliflərin səslənməsi baxımından əhəmiyyətli olduğunu deyib. Bakı Dövlət Universitetinin mətbuat tarixi kafedrasının müdiri professor Şamil Vəliyev «Azərbaycan» qəzetinin jurnalistikanın tarixindəki rolu barədə danışıb. Qəzetin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov nəşrin ölkəmizin dövlət müstəqilliyinin qorunmasına, beynəlxalq nüfuzunun gücləndirilməsinə yer verməsi haqda çıxış edib. Milli Məclisin İqtisadiyyat komissiyasının sədri, akademik Ziyad Səmədzadə, MŞ İdarə Heyətinin üzvləri - «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı qəzetin müxtəlif dönəmlərdəki fəaliyyətinin spesifik cəhətlərini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR