Bank Of Baku

Mətbuat Şurası «Böyük Naxçıvan» qəzetinə xəbərdarlıq edib

Mətbuat Şurası «Böyük Naxçıvan» qəzetinə xəbərdarlıq edib
# 11 sentyabr 2008 10:13 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurası «Böyük Naxçıvan» qəzetinə xəbərdarlıq edib. Şuradan APA-ya verilən məlumata görə, buna nəşrin 21 avqust -1 sentyabr tarixli sayında dərc olunan «Zəngi liseyi «zəncir» gəmirir» sərlövhəli yazı səbəb olub. Məlumata görə, Zəngi liseyinin rəhbərliyi «Böyük Naxçıvan» qəzetində gedən bu yazı ilə bağlı şuraya şikayət məktubu ünvanlayıb. Şuranın Şikayətlər üzrə Komissiyasının iclasında müraciətə baxılıb və müvafiq rəy çıxarılıb: “Rəydə məqalədə faktların qəsdən təhrif olunduğu, şər və böhtan xarakterli fikirlərin verildiyi bildirilməklə yanaşı, həmin sayın orada adı çəkilən təhsil müəssisəsinə göndərilməsi və digər hallar «reket» jurnalistikaya xas dəst-xətt kimi dəyərləndirilib. Eyni zamanda bildirilib ki, «Böyük Naxçıvan» qəzeti gələcək fəaliyyətində etik prinsiplərə sayğısız yanaşacağı halda şura nəşr barədə qanuna müvafiq ölçü götürülməsi üçün müvafiq tədbirlər həyata keçirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR