Bank Of Baku

Litva Xarici İşlər Nazirliyinin maddi dəstəyi ilə azərbaycanlı jurnalistlər üçün seminar keçirilib

Litva Xarici İşlər Nazirliyinin maddi dəstəyi ilə azərbaycanlı jurnalistlər üçün seminar keçirilib
# 11 sentyabr 2008 14:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Litva Jurnalistlər İttifaqının sədri Daynyus Radzyaviçyus və “Heel and Knowton” kommunikasiya şirkətinin direktorlar şurasının rəhbəri Kristinas Taukaçikas Azərbaycan media təmsilçiləri üçün seminar keçiriblər. APA-nın məlumatına görə, Litva Xarici İşlər Nazirliyinin maddi dəstəyi ilə Litvanın Azərbaycandakı səfirliyi və Kommunikasiya Məktəbinin keçirdiyi seminar kütləvi informasiya vasitələrinin seçki kampaniyasında roluna həsr olunub. Litvalı jurnalistlər ölkələrində mövcud olan “Kütləvi informasiya vasitələri haqqında” qanun, mətbuatın vəziyyəti, ölkədə baş verən hadisələrdə medianın rolu, seçki kampaniyası zamanı görülən işlər, siyasi partiyaların və siyasi kampaniyaların maliyyələşdirilməsi və onlara nəzarət, siyasi reklam, siyasi kampaniyanın reklamı, seçkiqabağı təşviqat, seçki kampaniyası zamanı qanun pozuntuları və s. məsələlər barədə öz fikirləri və təcrübələri ilə bölüşüblər. Seminarın sonunda jurnalistlərə sertifikatlar verilib. Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas belə seminarların mütəmadi keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR