Bank Of Baku

“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” 1000 manat yardım ayırıb

“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” 1000 manat yardım ayırıb
# 12 sentyabr 2008 14:32 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən «Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu» İdarə Heyətinin növbəti iclası keçirilib. Fondun icraçı direktoru Malik Bayramovun APA-ya verdiyi məlumata görə, iclasda ötən vaxt ərzində daxil olan 4 müraciətə baxılıb. Müraciətlərə bütövlükdə 1000 AZN həcmində yardım ayrılması barədə qərar qəbul olunub.
«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidə 300 AZN, həbsdə olan jurnalist Eynulla Fətullayevə 300 AZN, «Proqnoz» qəzetinə 200 AZN, «Realnıy Azerbaydjan» qəzetinin redaktoru olmuş Üzeyir Cəfərova 200 AZN məbləğində yardım ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR