Bank Of Baku

ATƏT-in Seçkiləri Müşahidə Missiyasının təhlilçisi Mətbuat Şurasında olub

ATƏT-in Seçkiləri Müşahidə Missiyasının təhlilçisi Mətbuat Şurasında olub
# 12 sentyabr 2008 15:33 (UTC +04:00)
Bakı-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda Seçkiləri Müşahidə Missiyasının media təhlilçisi Rasta Kuzel Mətbuat Şurasında olub. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şura sədri Əflatun Amaşovla və qurumun İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdə R. Kuzel üzərinə bu kampaniya, xüsusilə prezidentliyə namizədlər haqqında məlumatların mediada nə dərəcədə ətraflı işıqlandırılması ilə bağlı monitorinq aparılması missiyasının düşdüyünü vurğulayıb. 2005-ci ilin parlament seçkiləri zamanı da belə məsul işlə məşğul olduğunu deyən R. Kuzel medianın durumu və digər aktual məsələlər ətrafında danışıb. Ə. Amaşov rəhbərlik etdiyi qurumun apardığı aylıq monitorinqlərdə seçkilər mövzusunun xüsusi yer tutduğunu deyib. Şura sədri MŞ-nin monitorinqini apardığı KİV-lərdə bu məsələnin işıqlandırılması xüsusiyyətlərinin təhlilini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR