Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri İTV-nin sədri ilə görüşüb

ATƏT-in Bakı Ofisinin rəhbəri İTV-nin sədri ilə görüşüb
# 12 sentyabr 2008 15:48 (UTC +04:00)
Bakı - APA. ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərovla görüşüb. İTV-dən APA-ya daxil olan məlumata görə, görüşdə ATƏT-in Bakı Ofisinin dəstəyi ilə BBC mütəxəssisləri tərəfindən İctimai Teleradio əməkdaşları üçün keçirilən treninqlərin nəticələri müzakirə olunub.

İ. Ömərov bu layihənin teleradio kollektivinin peşəkarlığının artmasında və beynəlxalq təcrübəni öyrənməsində böyük rol oynadığını bildirib. Layihənin teleradio əməkdaşlarının peşəkarlığının artmasında faydalı olduğunu vurğulayan X. L. Herrero isə oktyabrın 6-da BBC-dən gələn nümayəndələrlə birlikdə layihənin rəsmi bağlanış mərasiminin keçiriləcəyini qeyd edib.

Seçki prosesində İTV-nin roluna toxunan ATƏT rəsmisi teleradionun bu istiqamətdəki fəaliyyətini müsbət qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR