Bank Of Baku

Azərbaycanda yeni jurnalist təşkilatı yaradılıb

Azərbaycanda yeni jurnalist təşkilatı yaradılıb
# 12 sentyabr 2008 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Gəncədə fəaliyyət göstərən bir qrup jurnalist “Qərb” Jurnalistlər Birliyi yaradıb. Birliyin sədri, “Hürriyyət” qəzetinin Gəncə təmsilçisi İkram Rafiqoğlunun APA-ya verdiyi məlumata görə, qurum “Reallıq” qəzeti ilə birgə təsis edilib. Onun sözlərinə görə, birlik Gəncə və ətraf rayonlarda jurnalistikanın inkişafına təkan vermək, bölgələrdə məmur-jurnalist münasibətlərinin hər iki tərəfi qane edə biləcək səviyyəyə çatdırmaqdır.

O, birlikdə jurnalistlərdən başqa tanınmış ziyalıların da təmsil olunacağını, qurumun idarə heyətindən və üzvlərdən ibarət olmaqla öz Nizamnaməsi çərçivəsində fəaliyyət göstərəcəyini bildirib. Birliyin qarşısında dayanan məqsədlərdən biri də “reket” jurnalistikasına qarşı mübarizə aparmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR