Bank Of Baku

ATƏT-in Bakı Ofisi Azərbaycan jurnalistləri üçün seminar keçirib

ATƏT-in Bakı Ofisi Azərbaycan jurnalistləri üçün seminar keçirib
# 13 sentyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə “Diffamasiya ATƏT məkanında: qanunvericilik və təcrübə” mövzusunda jurnalistlər üçün seminar keçirilib. APA-nın məlumatına görə, ATƏT-in Bakı ofisinin şöbə müdiri Monika Makovey bildirib ki, “Diffamasiya haqqında” qanunun qəbul edilməməsi jurnalistlərə əldə olunan istənilən məlumatı xalqa çatdırmaqda məhdudiyyət yaradır. Onun sözlərinə görə, jurnalist məlumatı cəmiyyətə çatdırmaqdan qorxmaması üçün məsələnin cinayət təqibinin olmayacağını bilməlidir. M. Makovey ifadə azadlığının beynəlxalq qanunvericilikdə və Azərbaycan Konstitusiyasında əksini tapdığını da xatırladıb.

Ali Məhkəmənin hakimi Vafəddin İbayev isə mövzu və jurnalistləri maraqlandıran suallar ətrafında çıxış edib. O bildirib ki, indiyədək Azərbaycandan Avropa Məhkəməsinə 5 min şikayət göndərilib. Bunlardan 100-ə yaxınına baxılıb, 13-ü barəsində isə qərar çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR