Bank Of Baku

Jurnalistin İctimai Televiziya ilə bağlı şikayəti Avropa Məhkəməsinə göndərilib

Jurnalistin İctimai Televiziya ilə bağlı şikayəti Avropa Məhkəməsinə göndərilib
# 15 sentyabr 2008 10:28 (UTC +04:00)
Bakı-APA. “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə əlaqədar başa çatan 2 məhkəmə prosesi ilə bağlı şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Hüquq Maarifçiliyi Cəmiyyətindən APA-ya verilən məlumata görə, R. Hacıbəylinin Azərbaycanda İTV-yə qarşı qaldırdığı şikayətlərdən biri şərəf və ləyaqətin müdafiəsi, digəri isə informasiya sorğusunun tam cavablandırılmaması ilə bağlı olub. Ərizəçi İTV-yə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iş haqda çıxarılan məhkəmə qərarından Avropa Məhkəməsinə ünvanladığı şikayətdə Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 14-cü maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu iddia edib. Digər iş üzrə şikayətdə isə məhkəmələrin onun Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 14-cü maddələri ilə təminat verilən hüquqlarını pozduğu qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR