Bank Of Baku

BAMF öldürülən jurnalistlər haqqında kitab hazırlayacaq

BAMF öldürülən jurnalistlər haqqında kitab hazırlayacaq
# 15 sentyabr 2008 12:10 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanda öldürülən jurnalistlər haqqında kitab hazırlayacaq. Bu barədə APA-ya fondun mətbuat xidmətindən bildirilib. Məlumata görə, fondun rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu BAMF –nin öldürülən jurnalistlərinin ruhuna ehtiram əlaməti olaraq onlar haqqında kitab hazırlamağa başladığını bəyan edib. U. Rəhimoğlu deyib ki, fond bu işin öhdəsindən layiqincə gələcək: “Çünki bizim bu sahədə böyük təcrübəmiz var”.
BAMF kitabın hazırlanmasında öldürülən jurnalistlərin yaxınlarının və qələm dostlarının imkanlarından da istifadə etməyi planlaşdırır.
Qeyd olunub ki, 1991-2005-ci illərdə Azərbaycanda 13 yerli (Alı Mustafayev, Osman Mirzəyev, Arif Hüseynzadə, Fəxrəddin Şahbazov, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov, Adil Bünyadov, Fərhad Kərimov, Telman Dibirov, İbrahim Niyazlı, Elmar Hüseynov, Alim Kazımlı), iki xarici jurnalist (”Milostivıye gosudari” qəzetinin (Rusiya) redaktoru Valeriy Dementyev və “Mayak” radiosunun (Rusiya) müxbiri Leonid Lazareviç) öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR