Azərbaycan ərazisində küləkli hava şəraiti sentyabrın 19-dək davam edəcək

Azərbaycan ərazisində küləkli hava şəraiti sentyabrın 19-dək davam edəcək
# 15 sentyabr 2008 12:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sentyabrın 19-dək ölkə ərazində mülayim şərq küləyi üstünlük təşkil edəcək. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, bu gün güclənən külək sabah gündüz şərq küləyinə keçəcək. Sentyabrın 19-dək şərq küləyinin üstünlüyü havada nisbi rütubətin normadan bir qədər yüksək olmasına səbəb olacaq.

Bu müddətdə hava dəyişkən buludlu olacaq, gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli az yağış yağma ehtimalı var. Bakıda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Sentyabrın 16-dan 17-ə keçən gecə yarımadanın bəzi ərazilərində az yağış yağacağı gözlənilir, zəif və mülayim şərq küləkləri üstünlük təşkil edəcək. Bakıda maksimum temperatur 26-28, Aran rayonlarında gecə 16-21, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.

U. Tağıyeva bildirib ki, yaxın günlər ərzində havada biometeoroloji amillərin mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR