Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda yeni regional telekanal fəaliyyətə başlayacaq

Yaxın günlərdə Azərbaycanda yeni regional telekanal fəaliyyətə başlayacaq
# 15 sentyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Şəkidə yaxın günlərdə yerli telekanal fəaliyyətə başlayacaq. Azərbaycanın şimal-qərb bölgəsində yayımlanacaq Şəki regional telekanalının
efir saatının tədricən artırılacağı nəzərdə tutulub. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev məlumat verib. O, Yevlaxda yerli telekanalın fəaliyyətə başlaması üçün hazırlıq işlərinin görüldüyünü də bildirib: “Hazırda binası tikilməkdə olan bu yerli telekanal da yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Eyni zamanda, Lənkəranın yerli televiziyası üçün də bina tikilir”. Q. Cəbiyevin sözlərinə görə, regional telekanallarda daha çox yerli materiallara üstünlük veriləcək, mövcud şərait, görülən işlər, adət-ənənələr, yerli qurumların fəaliyyəti və əhalinin sosial qayğıları əks olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR