Bank Of Baku

Jurnalist Araşdırmaları Mərkəzində struktur dəyişikliyi edilib

Jurnalist Araşdırmaları Mərkəzində struktur dəyişikliyi edilib
# 17 sentyabr 2008 13:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Şeyda Nəsibli rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ş. Nəsibli ailə vəziyyəti ilə əlaqədar 2005-ci ildən Türkiyədə yaşadığını bildirib və bu səbəblə JAM-da struktur dəyişikliyi etmək qərarına gəldiklərini deyib. Struktur dəyişikliyi nəticəsində qurumda həmsədrlik institutu yaradılıb. Həmsədrlərdən biri Ş. Nəsibli, digəri isə “Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə seçilib. Ş. Nəsibli JAM-ın dövlət qeydiyyatı ilə bağlı problem olduğunu da bildirib. Onun sözlərinə görə, 2007-ci ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsi təşkilatın qeydə alınması və hökumətin 3 min avro cərimə edilməsi barədə qərar çıxarıb. Ş. Nəsibli yaxın günlərdə dövlət qeydiyyatı ilə bağlı sənədlərin yenidən Ədliyyə Nazirliyinə təqdim ediləcəyini söyləyib. JAM-ın yeni həmsədri Seymur Verdizadə isə təşkilatın bundan sonra öz profilinə uyğun jurnalist araşdırmaları ilə bağlı tədbirlər həyata keçirəcəyini, həmçinin Türkiyə və Azərbaycan jurnalistlərinin əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR