Bank Of Baku

Tahir Məmmədov: “RATİ-nin açıqladığı nəticələr bu təşkilatın səviyyəli monitorinq keçirdiyini şübhə altına alır”

Tahir Məmmədov: “RATİ-nin açıqladığı nəticələr bu təşkilatın səviyyəli monitorinq keçirdiyini şübhə altına alır”
# 17 sentyabr 2008 16:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Hər hansı sahədə monitorinq keçirmək üçün bu sahəni yaxşı bilmək və ya məsələyə mütəxəssislər cəlb etmək lazımdır. RATİ-nin açıqladığı nəticələr prezident seçkisi kimi məsuliyyət tələb edən siyasi bir kampaniya ilə bağlı səviyyəli monitorinq keçirildiyini şübhə altına alır, çünki burada İctimai Teleradio barədə səslənən informasiya tam yalandır”. Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov verib. O, adı çəkilən telekanalda proqramların 97 faizinin prezidentliyə namizəd, dövlət başçısı İlham Əliyevə həsr olunduğunu göstərən monitorinqin nəticələrinin həqiqətə uyğun olmadığını bildirib: “Bu rəqəmin necə hesablandığı açıqlansaydı, bəlkə də bu yalan informasiyaya İctimai Teleradionu izləməyən bəzi adamları inandıra bilərdi. Amma aydın görünür ki, belə gülünc bir formada açıqlama tamamilə jurnalistika və teleradio sahəsindən uzaq olan adamın uydurmasıdır. İfadəyə fikir verin - “siyasi fiqurlar üzərində mərkəzləşən proqramlar”. Bunlar hansı proqramlar - siyasi analitik proqramlar, tok-şoulardır, xəbərdir, xəbər törəmə olduğu açıqlanmır. Bu cür qeyri-ciddi, konkret fakta əsaslanmayan açıqlamaları verən şəxslər bilməlidirlər ki, professional monitorinq keçirən yerli və beynəlxalq təşkilatlar var və onların fonunda bu belə dırnaqarası monitorinqlər vaxt itkisindən başqa bir şey deyil”. T. Məmmədov İTV-nin bu günədək “Nəcəf Nəcəfov Fondu” və ATƏT-in Bakı ofisinin dəstəyi ilə BBC ekspertlərinin keçirdiyi monitorinqlərin nəticələrini əsasən qəbul etdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR