Bank Of Baku

Mətbuat Şurasının daimi komissiyasının iclası keçirilib

Mətbuat Şurasının daimi komissiyasının iclası keçirilib
# 18 sentyabr 2008 14:19 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Mətbuat Şurasının mətbuatla dövlət qurumları arasında problemlərin həlli üzrə daimi komissiyasının iclası keçirilib. Qurumdan APA-ya verilən məlumata görə, şuranın sədri Əflatun Amaşov MŞ İdarə Heyətinin üzvləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin nümayəndələri, həmçinin müstəqil hüquqşünaslardan ibarət komissiyanın Mətbuat Şurası ilə birgə fəaliyyətə başladığını bildirib. O, indiyədək kütləvi informasiya vasitələri və media təmsilçilərinin rəsmi dövlət orqanları ilə bağlı onlarca müraciətinin araşdırıldığını deyib. Komissiyanın yeni koordinatoru, MŞ İdarə Heyətinin üzvü, “Azərmətbuatyayımı” İctimai Birliyinin rəhbəri Vüqar Səfərli yenidən təşkil olunan daimi komissiyanın görəcəyi işlərdən danışıb. İclasda komissiyanın hər bir üzvünün vəzifələri müəyyənləşdirilib, fəaliyyət planı ilə bağlı təkliflər səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR