Bank Of Baku

“Yaxın tariximizə uzaq baxış” mövzusunda elmi-praktik konfransı keçirilib

“Yaxın tariximizə uzaq baxış” mövzusunda elmi-praktik konfransı keçirilib
# 19 sentyabr 2008 10:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilatçılığı ilə bu gün “Yaxın tariximizə uzaq baxış” mövzusunda elmi-praktik konfransı keçirilib. APA-nın məlumatına görə, “Azərbaycan” qəzetinin tarixindən və keçdiyi yoldan danışan VHP sədri Sabir Rüstəmxanlı qəzetin Azərbaycan mətbuat tarixində tutduğu yerdən söhbət açıb. O, son vaxtlar nəşr olunan kitablarda və bəzi mətbuat nümunələrində milli-azadlıq hərəkatının tarixinin təhrif edildiyini bildirib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev tarixi unutmağın böyük faciələrə səbəb olduğunu qeyd edib: “Bu gün bir çox sahədə monitorinqlər keçirilir. Mən hesab edirəm ki, Azərbaycanda mənəviyyatın monitorinqini keçirməyə də ehtiyac var”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə “Azərbaycan” qəzetinin 1989-93-cü il fəaliyyətində bütünlükdə Azərbaycanın tarixinin əks olunduğunu qeyd edib: “Tarixin saxtalaşdırılması prosesinin qarşısını almaq üçün ciddi addımlar atmağa ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR