Bank Of Baku

“Yeni Nəsil” Jurnalistlər Birliyi seçkiqabağı kampaniya ərəfəsində medianın monitorinqini aparıb

“Yeni Nəsil” Jurnalistlər Birliyi seçkiqabağı kampaniya ərəfəsində medianın monitorinqini aparıb
# 19 sentyabr 2008 12:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Yeni Nəsil” Jurnalistlər Birliyi 2008-ci ilin seçkiqabağı kampaniyası ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılmasının monitorinqini aparıb. APA-nın məlumatına görə, təşkilatın sədri Arif Əliyev bu gün keçirdiyi mətbuat konfransında Avropa Şurası və Avropa Komissiyasının “Azad və ədalətli seçkilər” adlı birgə proqramı çərçivəsində dəstəklənən monitorinqin gedişində medianın fəaliyyətinə dair göstəricilərin beynəlxalq metodoloji standartlar əsasında qiymətləndirildiyini deyib. O bildirib ki, monitorinq iyulun 6-da başlayıb və təşviqat kampaniyasına qədər olsan dövrü əhatə edib: “Bundan sonra ayrıca seçkiqabağı təşviqat kampaniyasının monitorinqi aparılacaq və diqqət rəsmi qeydiyyata alınmış prezidentliyə namizədlər, onların partiyaları üzərində cəmlənəcək. Namizədlərin informasiya kanallarına çıxış imkanları, medianın onlara münasibətdə qərərsizliyi və obyektivliyi qorumaq kimi tələblərə əməl etmək bacarığı qiymətləndiriləcək”.

A. Əliyevin sözlərinə görə, monitorinq başlayandan indiyə kimi müşahidə olunan vəziyyət dəyişməyib: “Media siyasi iştirakçıların fəaliyyətini işıqlandırmaqda məhdud müxtəliflik səviyyəsi nümayiş etdirir və bu, araşdırmanın üzə çıxardığı əsas element olaraq qalır. Televiziya kanallarının bir hissəsində siyasi müxtəlifliyə xüsusilə az rast gəlinir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR