Bank Of Baku

«İki sahil» qəzeti Neftçilər gününə həsr olunan xüsusi buraxılış hazırlayıb

«İki sahil» qəzeti Neftçilər gününə  həsr olunan xüsusi  buraxılış  hazırlayıb
# 19 sentyabr 2008 12:57 (UTC +04:00)
Bakı-APA. “İki sahil” qəzeti 20 sentyabr- Neftçilər günü münasibəti ilə 48 səhifəlik xüsusi buraxılış hazırlayıb. Qəzetin redaksiyasından APA-ya verilən məlumata görə, buraxılışda Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi yolu əks etdirən yazılar, rəngli şəkillər öz əksini tapıb. Xüsusi buraxılış Heydər Əliyevin «Neftçilər günü»nün təsis edilməsi haqqında 16 avqust 2001-ci il tarixli fərmanı və Prezident İlham Əliyevin neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncamı ilə başlanıb.
Xüsusi buraxılışda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyətindən də bəhs edilib. Buraxılışda şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynovun, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun, ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmədovun, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, vitse-prezident Mikayıl İsmayılovun, «Azneft» İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun yazıları da dərc olunub.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR