Bank Of Baku

Türkiyənin jurnalist təşkilatları fövqəladə toplantı keçirəcəklər

Türkiyənin jurnalist təşkilatları fövqəladə toplantı keçirəcəklər
# 19 sentyabr 2008 13:16 (UTC +04:00)
Ankara – APA. Türkiyənin jurnalist təşkilatları baş nazir Rəcəb Tayyib Ərdoğanın öz tərəfdarlarını qəzet almamağa və medianı boykot etməyə çağırması ilə bağlı fövqəladə toplantı keçirəcəklər. APA-nın məlumatına görə, Türkiyə Qəzetçilər Cəmiyyəti bütün media qurumlarını sentyabrın 30-da fövqəladə toplantıya çağırıb.

Ölkə müxalifəti də baş nazirin çağırışına kəskin reaksiya verib. Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal Rəcəb Tayyib Ərdoğanın totalitarizm və diktatura həvəsində olduğunu bildirib: “Yəqin bundan sonrakı mərhələdə imkanları olsa, qəzetlərin nəşrini də əngəlləməyə çalışacaqlar”.

Milliyyətçi Hərəkat Partiyası parlament fraksiyasını həmsədri Oktay Vural isə baş nazirin korrupsiya hallarını işıqlandırmayan sözəbaxan media yaratmaq istədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR