Bank Of Baku

Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə üzrə komissiyası yaradılıb

Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə üzrə komissiyası yaradılıb
# 19 sentyabr 2008 14:00 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, toplantıda Məmməd Nazimoğlu adına Söz Azadlığını Müdafiə Fondu, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, «Bizim yol», «Üç nöqtə» qəzetləri, həmçinin Cəlilabad rayonunda çıxan «Yeni gün» qəzeti Mətbuat Şurası sıralarına qəbul ediliblər. İclasda şuranın Şikayətlər üzrə Komissiyasının təqdim etdiyi rəylər müzakirə olunub. Komissiyanın Bakı Şəhər Baş Polis İdarəsinin «Exo» və «Təzadlar», «Azər Kontrakt» Səhmdar Cəmiyyətinin «Aydın fikir», Yeni Azərbaycan Partiyasının «Azadlıq», Bakı şəhərinin Yasamal rayonundakı 21 saylı orta məktəbin «Xüsusi tədqiqat» qəzetləri, eləcə də Cəlilabad rayonu Sərhədabad kənd bələdiyyəsinin «Kirpi» jurnalı ilə bağlı çıxardığı rəylər əsasında qərarlar qəbul edilib. İclasda şuraya son zamanlar daxil olan şikayətlərlə bağlı məlumat dinlənilib. İdarə Heyətinin üzvləri reket jurnalistikaya qarşı mübarizə komissiyasının yaradılmasını zəruri sayıblar. «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə komissiyanın sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR