Bank Of Baku

Sərhədsiz Reportyorlar həbs olunan 4 azərbaycanlı jurnalistlə bağlı bəyanat verib

Sərhədsiz Reportyorlar həbs olunan 4 azərbaycanlı jurnalistlə bağlı bəyanat verib
# 22 sentyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Sərhədsiz Reportyorlar Təşkilatı İranda həbs olunan 4 azərbaycanlı jurnalistlə bağlı bəyanat verib. APA-nın təşkilatın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bəyanatda sentyabrın 10-da İranda həbs olunan azərbaycanlı jurnalistlərin sərbəst buraxılması tələb edilir: “Son günlər İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan 20 nəfər arasında “Dilmac” jurnalının baş redaktoru Əlirza Sərrafi, “Yaşamaq” jurnalının redaktoru Səid Məhəmmədi (Muğanlı), “Yarpaq” və “Varlıq” jurnallarının yazarları Həsən Rəşidi və Əkbər Azad da var. Məhbusların harada saxlanıldığı barədə məlumat verilmir. Lakin yaxınları onların İran xüsusi xidmət orqanlarına məxsus “Evin” həbsxanasında saxlanıldığını güman edirlər. Təhlükəsizlik qüvvələri jurnalistlərin evində axtarışlar aparıb, bu zaman onların ailə üzvlərinə də təzyiqlər göstərilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR