İctimai Televiziya ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq

İctimai Televiziya ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq
# 22 sentyabr 2008 15:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. İctimai Televiziya ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə qatılan respublikaçı namizəd Con Makkeynlə rəqibi demokrat Barak Obama arasında təşkil ediləcək debatları yayımlayacaq. Namizədlərin debatında regional və Gürcüstanda baş verən hadisələrlə bağlı müzakirələr aparılacaq. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib. Layihə ilə bağlı IREX Mediaya Yardım Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şeldon Markoff və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüb. Layihənin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağını deyən İ. Ömərov ilk dəfə olaraq Azərbaycan tamaşaçılarına debatları təfərrüatı ilə çatdıracaqlarını bildirib. Terri Devidson isə builki debatların əvvəlkilərdən əsaslı formada fərqlənəcəyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR