Bank Of Baku

Milli Teleradio Şurası: Azərbaycanda radio kanalının açılması üçün elan edilən müsabiqəyə hələ sənəd verən olmayıb

Milli Teleradio Şurası: Azərbaycanda radio kanalının açılması üçün elan edilən müsabiqəyə hələ sənəd verən olmayıb
# 22 sentyabr 2008 15:43 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio yayım proqramının açılması üçün elan etdiyi müsabiqəyə indiyədək sənəd verən olmayıb. Bu il sentyabrın 8-dən Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün başlayan müsabiqə ilə hələlik yalnız şifahi maraqlananlar var”. Bu açıqlamanı APA-ya MTRŞ-nin üzvü Qafar Cəbiyev verib. O, müsabiqənin şərtlərinin ağır olmadığını, yalnız hamı üçün eyni olan prinsiplərin tələb edildiyini bildirib: “Hələ vaxta var. Adətən, maraqlananlar müsabiqənin sonunda daha fəallaşırlar”. Qeyd edək ki, müsabiqəyə oktyabrın 8-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR