Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti jurnalistlər arasında müsabiqə keçirir

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti  jurnalistlər arasında müsabiqə keçirir
# 25 sentyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi “Hüququn KİV-də yayılması” proqramı çərçivəsində jurnalistlər arasında
“Ədalət mühakiməsinə çatım” mövzusunda müsabiqə elan edir. GTZ-dan APA-ya verilən məlumata görə, müsabiqəyə məhkəməyə müraciət etmək və məhkəmədə şəxsən, yaxud vəkil vasitəsilə özünü müdafiə etmək hüququnun, o cümlədən zəruri hallarda dövlət hesabına keyfiyyətli hüquq yardımı almaq hüququnun təmin edilməsi, bu hüquqlarla bağlı mövcud problemlər, onları doğuran səbəblər, eləcə də bu sahədə Azərbaycan qanunvericiliyi və onun tətbiqi praktikasının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına uyğunluğu barədə araşdırma məqalələri qəbul edilir. Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Qaliblər diplomlar və pul mükafatları ilə təltif olunacaqlar. Birinci yer üçün 500, ikinci yer üçün 400, üçüncü yer üçün 300 manat mükafat müəyyən olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR