Bank Of Baku

“RUH” AJMK söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

“RUH” AJMK söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 06 oktyabr 2008 10:14 (UTC +04:00)
Bakı-APA. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) sentyabr ayında ölkədə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqi yekunlaşdırıb. Monitorinq Qrupundan APA-ya verilən məlumata görə, sentyabrda KİV-in, eləcə də media təmsilçilərinin iştirakı ilə keçirilən 5 məhkəmə prosesində 4 hökm çıxarılıb. Bunlardan 2-si KİV-in lehinə, digərləri əleyhinə olub. 2 halda jurnalistlərlə bağlı işlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Qeyd olunub ki, sentyabrın 1-də maliyyə çatışmazlığından 2 ay fəaliyyətini dayandıran «Müxalifət» qəzeti nəşrini bərpa edib. Həftəlik «Təzadlar» qəzeti isə gündəlik iş rejiminə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR