Bank Of Baku

Demokratik Jurnalistlər Liqası keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 06 oktyabr 2008 13:50 (UTC +04:00)
Bakı-APA. Demokratik Jurnalistlər Liqası (DJL) sentyabr ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. DJL-dən APA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə görə sentyabr ayında 29 fakt qeydə alınıb: “Ötən ay 6 KİV əməkdaşı prokurorluq əməkdaşları tərəfindən dindirilib, 2 KİV əməkdaşı polislər tərəfindən fiziki təzyiqə məruz qalaraq saxlanılıb”. Qeyd olunub ki, 1 KİV-in baş redaktoru Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315.1 (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyətin nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunaraq 1 il 6 ay müddətinə şərti həbs cəzası alıb. Hesabatda o da bildirilib ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət üzrə Baş İdarəsi tərəfindən bəzi təşkilatlara olan 20 min manatdan çox borcu ödəmədiyi üçün 1 KİV-in bank hesabı dondurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR