Bank Of Baku

Azərbaycanda məhkəmələr “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin bank hesablarının açılması barədə qərar çıxarıb

Azərbaycanda məhkəmələr “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin bank hesablarının açılması barədə qərar çıxarıb
# 07 oktyabr 2008 13:57 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, bir sıra dövlət orqanları və fiziki şəxslər məhkəmələrə müraciət edərək onların iddiaları əsasında bəzi mətbuat orqanlarına kəsilmiş cərimələrin ödənilməsinin dayandırılması ilə bağlı qərar çıxarmağı xahiş edib.

Qeyd edək ki, həmin dövlət orqanları və fiziki şəxslərin “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı bir müddət əvvəl qaldırdıqları iddialar təmin edilmiş, məhkəmələrin qərarları ilə həmin mətbuat orqanları müxtəlif məbləğlərdə cərimə olunmuş, bank hesabları dondurulmuşdu.

Oktyabrın əvvəlindən başlayaraq isə həmin dövlət orqanları və fiziki şəxslər Yasamal və Binəqədi rayon məhkəmələrinə müraciət edərək, qəzetlərin təzminat ödəməsi haqqında çıxarılmış qərarların icrasının dayandırılmasını, bank hesablarının açılmasını xahiş ediblər. Məhkəmələr müraciətlərə baxdıqdan sonra onların təmin edilməsi və bank hesablarının açılması haqqında qərar çıxarıb. Bank hesablarının açıqlanması barədə artıq yayım firmaları da məlumatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR