Bank Of Baku

Azərbaycanda yeni radio açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb, 4 hüquqi şəxsin sənədləri qəbul edilib

Azərbaycanda yeni radio açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb, 4 hüquqi şəxsin sənədləri qəbul edilib
# 08 oktyabr 2008 14:52 (UTC +04:00)
Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan edilən müsabiqəyə 4 hüquqi şəxsin sənədləri qəbul edilib. Bunlar “Dijital Media” MMC, SN MMC, “Kamden” MMC və “Media Master” MMC-dir”. Bu barədə APA-ya Milli Teleradio Şurasının (MTRŞ) şöbə müdiri Nemət Cavadov məlumat verib. O, iddiaçıların sənədlərinə bir ay ərzində şurada baxılacağını deyib: “Müraciət edənlər çox olsa da, rəsmi qaydada sənədlərini 4 iddiaçı təqdim edib. Şura üzvlərinin qərarı və səs çoxluğu ilə bu hüquqi şəxslərdən biri qalib elan olunacaq”.

Qeyd edək ki, yeni radio yayım proqramının açılması üçün müsabiqə bu il sentyabrın 8-də elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR