Bank Of Baku

İREX nümayəndəsi: “Seçkiqabağı vədlərin gerçəkləşməsi heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmur”

İREX nümayəndəsi: “Seçkiqabağı vədlərin gerçəkləşməsi heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmur”
# 08 oktyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İREX mediaya yardım təşkilatının Azərbaycan üzrə nümayəndəsi Şelli Markoff “Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin qonağı olub. Birlikdən APA-ya verilən məlumata görə, Amerikada prezident seçkilərinin Azərbaycana mümkün təsirindən danışan İREX rəsmisi seçkiqabağı vədlərin gerçəkləşməsinin heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmadığını deyib: “Cənab Obama Kaliforniyada erməni soyqırımının tanınması barədə vədlər verib. Amma bu, prezidentin deyil, Konqresin razılığı ilə həll olunan məsələdir. Konqres heç də həmişə hökumətin təklif etdiyini qəbul etmir.”

Ş. Markoff Azərbaycanda ilk dəfə olaraq Amerikada prezident debatlarının nümayişində İREX-in məqsədinin müxtəlif sistemlərin necə işləməsi barədə təsəvvür yaratmaq olduğunu deyib. O, Amerika debatlarının Azərbaycan debatlarından fərqinə də toxunub: “Amerikada və Azərbaycanda baş verənlər arasında heç bir oxşarlıq yoxdur. Orada debatlar 2 partiya arasında aparılır ki, onlardan da biri çox, digəri isə az təcrübəlidir. Azərbaycana gəldikdə, mən inanmıram ki, prezident Əliyev bu seçkiləri uduza bilər. O, prezident olacaq. Namizədlər düşünüb, vədlər verməlidirlər. Bundan hökumət yalnız qazana bilər”.

Azərbaycan mətbuatının vəziyyətindən danışan Ş. Markoff mətbuatın əsas probleminin baş redaktorlardan qaynaqlandığı qənaətində olduğunu deyib: “Mənə elə gəlir ki, jurnalistlər jurnalistikanın prinsirlərini, tarazlılıq, obyektivlik, balans və s.-i çox yaxşı bilirlər. Sadəcə, redaktorlar siyasi vəziyyətdən asılı olaraq, buna imkan vermirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR