Bank Of Baku

Azərbaycan Jurnalistlər Birliyinin regional mərkəzləri yaradılır

Azərbaycan Jurnalistlər Birliyinin regional mərkəzləri yaradılır
# 09 oktyabr 2008 15:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Jurnalistlər Birliyinin (AJB) regional mərkəzləri yaradılır. Bu barədə APA-ya təşkilatın sədri Elçin Şıxlı məlumat verib. O, artıq AJB-nin Qərb regional mərkəzinin yaradıldığını, Cənub mərkəzinin isə bu günlərdə fəaliyyətə başlayacağını deyib. Onun sözlərinə görə, yaxın bir neçə ayda AJB-nin internet saytı da yaradılacaq. E. Şıxlı parlamentin ötən sessiyasında birinci oxunuşdan keçən “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqında” qanun layihəsində dövlət büdcəsindən maliyyələşə biləcək yaradıcı təşkilatlar sırasına AJB-nin adının salınmadığını söyləyib. O bildirib ki, parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bunu jurnalistlərin yaradıcılıqla deyil, reportyorluqla məşğul olmaları ilə izah edib: “Ancaq təşkilatın dövlət büdcəsindən maliyyələşməsi onun inkişafına müsbət təsir göstərə bilər”.

E. Şıxlı hazırda AJB-nin 1000-dək üzvünün olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR