Bank Of Baku

Lənkəranda Cənub Media Resurs Mərkəzi yaradılıb

Lənkəranda Cənub Media Resurs Mərkəzi yaradılıb
# 10 oktyabr 2008 23:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Media və Mülki Cəmiyyət İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində Cənub Media Resurs Mərkəzi yaradılıb. İctimai Birliyin sədri Xanoğlan Əhmədovun APA-ya verdiyi məlumata görə, mərkəzin yaradılmasında məqsəd cənub bölgəsində KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməkdir. Onun sözlərinə görə, artıq mərkəz üçün ofis icarəyə götürülüb, texniki avadanlıqlarla təmin edilib və əməkdaşlar işə cəlb olunub. X. Əhmədov resurs mərkəzinin Mətbuat Şurası və regional KİV-lərlə sıx əməkdaşlıq edəcəyini vurğulayıb: “Bu layihə pliot xarakterlidir və onun həyata keçirilməsi zamanı əldə olunmuş təcrübədən digər bölgələrdə də mətbuatın inkişafına yönəlik layihələrin həyata keçirilməsində istifadə olunacaq”. X. Əhmədovun sözlərinə görə, Şimal bölgəsində də belə bir layihənin həyata keçirilməsi və Xaçmazda Şimal Media Resurs Mərkəzinin açılması nəzərdə tutulub. İctimai Birliyin sədri bildirib ki, resurs mərkəzinin “www.regionmedia.az” internet saytı da fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR