Bank Of Baku

Mətbuat Şurası “Media seçkini necə işıqlandırmalıdır” mövzusunda konfrans keçirəcək

Mətbuat Şurası  “Media seçkini necə işıqlandırmalıdır” mövzusunda konfrans keçirəcək
# 10 oktyabr 2008 14:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası (MŞ) oktyabrın 13-də “Media seçkini necə işıqlandırmalıdır” mövzusunda konfrans keçirəcək. MŞ-dan APA-ya daxil olan məlumata görə, tədbirdə ölkənin aparıcı KİV-nin rəhbərləri, tanınmış media ekspertləri, jurnalistlər, habelə Mərkəzi Seçki Komissiyasının nümayəndələri iştirak edəcəklər. Toplantıda medianın seçki ilə bağlı fəallıq dərəcəsi nəzərdən keçiriləcək, onun seçki kampaniyasının başlanğıcından bəri prosesi işıqlandırma səviyyəsinin müxtəlif aspektlərinə diqqət yetiriləcək, mövzuya dair mütəxəssis rəyləri ətrafında fikir mübadilələri aparılacaq.
Bundan başqa, seçki günü MŞ-da KİV-in fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi üçün “qaynar xətt” yaradılacaq. Bu yolla peşə vəzifəsini yerinə yetirən jurnalistlər maneələr və qarşılaşa biləcəkləri mümkün çətinliklər barədə dərhal məlumat vermək imkanı əldə edəcəklər.
Qeyd edək ki, oktyabrın 15-də MŞ İdarə Heyətinin üzvləri də müxtəlif dairə və məntəqə seçki komissiyalarına baş çəkərək müşahidəçi qismində seçkinin gedişini izləyəcəklər. Artıq bununla bağlı MSK-ya müvafiq məlumat da ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR