Bank Of Baku

Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı aylıq hesabat açıqlayıb

Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı aylıq hesabat açıqlayıb
# 13 oktyabr 2008 12:51 (UTC +04:00)
Bakı-APA. Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı növbəti aylıq hesabatını açıqlayıb. MHİ-dən APA-ya verilən məlumata görə, “Azərbaycanda media hüququ: önəmli olaylar və tendensiyalar” adlanan sənəd bu ilin sentyabr ayında ölkə mediasında baş verənlərın statistika və şərhini əhatə edib. Hesabatda qeyd olunub ki, sentyabrda media, peşə fəaliyyətini yerinə yetirən jurnalistlər 5 dəfə təzyiqlə üzləşib, jurnalistlərə qarşı təhdid halları araşdırılmayıb.
Bildirilib ki, sentyabrda medianın tərəf olduğu 27 məhkəmə prosesi davam edib, həmin proseslər üzrə 40-dan artıq məhkəmə iclası keçirilib. Media ilə bağlı işlərin 14-ü yekunlaşıb, məhkəmə qərarlarının 4-ü medianın xeyrinə olub. Məhkəmələrin çıxardığı qərarların 10-u media, jurnalistlərin əleyhinə olub. MHİ qeyd edib ki, informasiya əldə edilməsində ciddi problemlər qalmaqdadır. Ötən ay 9 dövlət qurumu onlara göndərilən sorğuların heç birini cavablandırmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR