Bank Of Baku

Seçki günü Mətbuat Şurasında “Qaynar xətt” fəaliyyət göstərəcək

Seçki günü Mətbuat Şurasında “Qaynar xətt” fəaliyyət göstərəcək
# 13 oktyabr 2008 13:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Media və seçkilər” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq, seçki prosesinin işıqlandırılmasında jurnalistlərin rolundan danışıb. MSK-nın üzvü Azər Tağıyev çıxışında seçki prosesində iştirak edən jurnalistlərin digər müşahidəçilərdən fərqi, onların hüquqları barədə məlumat verib.
Tədbirdə bildirilib ki, seçki prosesində jurnalistlərlə bağlı baş verə biləcək hər hansı problemi araşdırmaq məqsədi ilə seçki günü Mətbuat Şurasında “Qaynar xətt” fəaliyyət göstərəcək. Qeyd olunub ki, seçki günü xidməti vəzifələrini yerinə yetirərkən hər hansı xoşagəlməz vəziyyətlə rastlaşan mətbuat təmsilçiləri 561-82-46 və 561-80-37 nömrələrlə “Qaynar xətt”ə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR