Bank Of Baku

İbrahim Məmmədlinin xatirəsini əbədiləşdirmək üçün mükafat təsis edilib

İbrahim Məmmədlinin xatirəsini əbədiləşdirmək üçün mükafat təsis edilib
# 13 oktyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Mətbuat Şurasında qurumun Nəzarət-Təftiş Komissiyasının sabiq sədri İbrahim Məmmədlinin vəfatının ildönümü qeyd edilib. Bu barədə APA-ya Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə məlumat verib. Tədbirdə Mətbuat Şurasının kollektivi, mərhumun doğmaları iştirak ediblər. Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatla dövlət qurumları arasında münaqişələrin həlli daimi komissiyasının koordinatoru olan İ. Məmmədlinin jurnalistlərin hüquqlarının qorunması sahəsində əvəzsiz fəaliyyətindən söz açıb.

Qeyd edək ki, İ. Məmmədlinin xatirəsini əbədiləşdirmək və onun işini davam etdirmək məqsədilə Həsən bəy Zərdabi adına Mədəniyyət Mərkəzi yeni mükafat təsis edib. Mükafat hər il İ. Məmmədlinin doğum günündə - iyunun 23-də media üçün ən açıq quruma təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR