Bank Of Baku

Sergey Lebedev: “MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq”

Sergey Lebedev: “MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq”
# 15 oktyabr 2008 11:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində əlbəttə ki, dəyişikliklər olacaq”. Bu açıqlamanı APA-ya Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev verib. O, Gürcüstan MDB-dən çıxdıqdan sonra qeyd olunan sahədə problemlərin çox güman ki, ikitərəfli əsasda həll olunacağını bildirib. S. Lebedev xatırladıb ki, Bişkekdə keçirilən MDB XİN Şurasının və MDB dövlət başçıları Şurasının iclaslarında Gürcüstanın qurumdan çıxmaq qərarı təəssüflə qarşılanıb: “Toplantılarda bildirilib ki, Gürcüstan rəhbərliyi MDB-yə yenidən daxil olmaq barədə qərar versə, qurumun qapıları onun üçün həmişə açıq olacaq. Gürcüstan MDB-də çox da vacib yer tutmayıb və tutmur. Bu qərarın neqativ nəticələri ilə yalnız Gürcüstan əhalisi üzləşə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR