Bank Of Baku

Seçkiqabağı kampaniya ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqin yekun hesabatı açıqlanıb

Seçkiqabağı kampaniya ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqin yekun hesabatı açıqlanıb
# 16 oktyabr 2008 10:07 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda 2008-ci ilin seçkiqabağı kampaniyası ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqinin yekun hesabatı açıqlanıb. “Azad və ədalətli seçkilərə yardım” proqramı çərçivəsində Avropa Şurası ilə Avropa Komissiyası tərəfindən dəstəklənən layihəni Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyi həyata keçirib. Qurumdan APA-ya verilən məlumata görə, 2008-ci ilin 17 sentyabr-14 oktyabr tarixini əhatə edən monitorinqdə KİV-in seçki kampaniyasını işıqlandırması beynəlxalq metodoloji standartlara uyğun olaraq təhlil edilib və qiymətləndirilib. Monitorinq 2008-ci ilin iyul ayının əvvəlindən başlanıb və seçki kampaniyasından öncəki dövrü də əhatə edib. Qeyd olunub ki, monitorinq dövründə KİV-in əksəriyyəti plüralizmin təmin edilməsi sahəsində mövcud olan standartlara lazımi səviyyədə, yaxud hətta minimum həddə əməl etməyib: “Rəsmi təbliğat kampaniyası başlandıqdan sonra bu dairənin nəzərəçarpacaq dərəcədə daralmasına baxmayaraq, qəzetlər cəmiyyətdəki seçkilərə dair fikir plüralizmini televiziyalara nisbətən xeyli geniş əks etdiriblər. Bütün televiziya kanalları siyasi iştirakçıların fəaliyyətini yalnız neytral, yaxud müsbət tonda işıqlandırıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR